ADDLA 3000GT/3000KVt Gəmi Zabitləri məhdudiyyətsiz İşçi diplomları.

Kampanje tas opp
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Dövlət Dəniz Liman Agentliyi

205 Signaturer

500 for innsamlingsmål

205 Signaturer

500 for innsamlingsmål
  1. Startet mars 2025
  2. Samling fortsatt 4 uker
  3. Innlevering
  4. Dialog med mottaker
  5. Beslutning
 

Jeg samtykker til lagring av mine data. Jeg kan når som helst trekke tilbake dette samtykket.

Begjæringen er stilet til: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Dövlət Dəniz Liman Agentliyi

                   
           Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Azərbaycan Dövlət Dəniz Liman Agentliyinə.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Azərbaycan Dövlət Dəniz Liman Agentliyi tərəfindən hazırlanan “Gəmi heyəti üzvlərinə sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi haqqında Əsasnamə”-də göstərilən, Gəmi Kapitanına və Kapitanın baş köməkçisinə tutumu 3000 GT- qross tonnajdan, həmçinin Baş mexanikə və ikinci mexanikə Baş mühərriklərin ümumi gücü 3000 kVt - kiloVatt -dan artıq olan işçi diplomunun verilməsinə qoyulan məhdudiyyətlərə bir daha baxılması.

Beynəlxalq Dəniz Təşkilatının (BDT) qəbul etdiyi "Dənizçilərin Hazırlanması, onlara Diplom verilməsi və Növbə Çəkməyə dair" Beynəlxalq Konvensiyanın (DHDNÇ BK) 2/II Tənzimləməsinə (sertifikatlaşdırılmaya qoyulan tələblər) görə, Kapitana və Kapitanın baş köməkçisinə işçi diplomun verilməsinə qoyulan məhdudiyyət və tələb olunan üzmə stajı 500 GT qədər və 500 GT və ya daha çox olan həmçinin Baş mexanikə və ikinci mexanikə 750 kVt qədər və 750 kVt və ya daha çox olan aralıqlarında tənzimlənir.

GT - bir tonu 100 kub fut (2,83 m3) həcmə bərabər olan gəminin ümumi daxili həcmini əks etdirir; şirin su tutumu təxminən 2,83 ton ağırlığında olan bir həcmdir. (GT- Həcmin İnglis ölçü vahididir)

Ümumi qayda olaraq, SOLAS-74, Dənizdə Həyat Fəliyyətinin Təhlükəsizliyi üzrə (DHFTÜ-74) BK ümumi tutumu 500 GT və ya daha çox olan yük gəmilərinə və beynəlxalq reyslərdə olan sərnişin gəmilərinə şamil edilir.

GT aşağıdakılar üçün istifadə olunur:
- Gəmilərin qeydiyyatı,
- Liman rüsumlarının və vergilərinin təyini,
- Gəmi heyəti üzvlərinin sertifikatlaşdırılması üçün tələblərin müəyyən edilməsi,
- Beynəlxalq dəniz konvensiyalarına uyğun olaraq gəmilərin təsnifatı,

GT-dən asılı olaraq gəmilər bölünür: (istinad: DHFTÜ-74 BK, I Fəsil-ümumi müddəalar, Bölüm A-tətbiq, təyin və s.)
- Kiçik gəmilər (30 GT-ə qədər) - adətən yaxtalar, qayıqlar,
- Orta ölçülü gəmilər (30-500 GT) - kiçik sərnişin gəmiləri, balıqçılıq gəmiləri, ticarət gəmiləri,
- Böyük gəmilər (500 GT və yuxarı) - ticarət gəmiləri, yük tankerləri, laynerlər,
kVt – Kilovatt gəminin bütün əsas güc qurğularının ümumi gücünü ifadə edir.

Bu məhdudiyyət Azərbaycan Dövlət Dəniz Akademiyasını və Azərbaycan Dövlət Balıqçılıq Sənayesi Kollecini bitirmiş gəmi sürücüləri/mexanikləri arasında olan səriştəliliyi qiymətləndirmək üçün (Əksər balıq ovu ilə məşğul olan gəmilərin 3000 GT -dan kiçik olmasına görə) və SSRİ qanunvericiliyində isə sahilyanı səfərlər və beynəlxalq səfərlər üzrə qoyulmuşdu.

Xüsusilə vurğulamaq istəyirəm ki, Ali təhsil aldığımız Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) və digər ölkələrin dənizçilik üzrə Ali təhsil müəssisələrində dərslər, gəmilərin 3000 GT və 3000 kVt məhdudiyyətləri üzrə ayrı-ayrı tədris edilmir. (məsələn 3000 GT / kVt -a qədər olan gəmilər və onların idarə edilməsi və 3000 GT / kVt -dan artıq olan gəmilər və onların idarə edilməsi üzrə dərslər)

ADDA-nın və digər ölkələrin müvafiq təhsil müəssisələrinin verdiyi nəzəri Ali Təhsil Diplomları, ixtisas üzrə, DHFTÜ-74 BK, I Fəsil, Bölüm A-da təyin olunan istənilən tip və istənilən GT-lı gəmilərin idarə edilməsinə imkan verir.

BDT-nın tərkibinə daxil olan ölkələrin Liman Agentliklərinin nəzəri diplom əsasında verdiyi işçi diploma qoyulan məhdudiyyət isə DHDNÇ BK-nın 2/II Tənzimləməsinə əsasən 500GT / 750kVt qədər və 500GT 750kVt və ya daha çox olan gəmilərdə üzmə stajına görə təyin edilir.

Müasir gəmiçiliyi 2 əsas hissəyə ayırmaq olar:
1. Ticarət Gəmiçiliyi (sutkalıq 8 saatlıq iş rejimi)
2. Dənizdə Neft istehsalatını təmin edən gəmilər. (Offshore sektor gəmiləri, sutkalıq 8/12 saatlıq iş rejimi)

Xüsusilə, offshore sektorda, Çarter tərəfindən, 3000 GT aşağı olan gəmilərin idarə edilməsi üçün, Kapitanın və Kapitanın Baş Köməkçisinin məhdudiyyətsiz işçi diplomuna malik olması tələbi qoyulur. (Əksər yedək-təchizat gəmiləri 500 – 3000 GT aralığında olur.)

Grunnen til

Bu cür məhdudiyyətlər Ölkəmizi xarici dövlətlərdə təmsil edən Gəmi Ali Zabit heyətinin sayının azalması və vətəndaşlarımızın işsizliklə üz-üzə qalması ilə nəticələnə bilər.

Artıq təcrübələr göstərir ki, ölkəmizdə Dənizçilərin sertifikatlaşdırılmasına qoyulan tələblərin sərtləşdirilməsi, Dənizçilərimizin Azərbaycan Dövlət Dəniz Liman Agentliyi tərəfindən verilən sertifikatlardan imtina edərək nəzəri diplom əsasında, qısa müddət ərzində digər ölkələrdə kursları keçərək tələb olunan bütün sertifikatları əldə edirlər.

Ölkəmizdə dənizçiliyin vacibliyini, Dənizçilərimizin ölkəmizin iqtisadiyyatına və inkişafına verdiyi səmərəni, ADDA-nı bitirmiş Gəmi sürücülərinin və mexaniklərin Ali Təhsil diplomuna malik olmasını, BDT-nın tərkibinə daxil olan ölkələrin, və əksər dənizçilərimizin iş üçün müraciət etdiyi Qardaş Türkiyə Respublikasının dəniz təcrübəsini də nəzərə alaraq, “Əsasnamə”-də göstərilən üzmə stajının, 18 ay və 24 ay, qross tonnajı 3000 GT və ya daha çox olan, həmçinin Baş mühərriklərinin ümumi gücü 3000 kVt və ya daha çox olan gəmilərdən olması tələbinin ləğv edilməsinin və DHDNÇ BK-nın 2/II Tənzimləməsinə əsasən həyata keçirilməsinin mümkünlüyünə baxılmasını Sizdən xahiş edirik.

Hörmətlə: Azərbaycan Respublikasının Ticarət və Neft Təchizat Gəmiçiliyi, Gəmi Zabitləri.

Del begjæring

Bilde med QR-kode

Avrivningslapp med QR-kode

nedlasting (PDF)

Informasjon om kampanjer

Petisjon startet: 08.03.2025
Innsamlingen avsluttes: 07.09.2025
Region: Aserbajdsjan
kategori: Borgerrettigheter

Oversett denne kampanjen nå

Ny språkversjon

Ingen PRO-argument ennå.

Ingen CONS-argument ennå.

Hvorfor skriver folk under

Diplomların alınmasında imtahanların imtahansız (köhnəsilə dəyişilmək) və ya imtahan keçid suallarının faizini aşağı salınmasına şərait yaradılmasını tələb edirəm.

ADDA məzunuyam,yaxın zamanda 2-ci mexanik olmaq üçün imtahanlara hazırlaşacam, 3000 kw altında gəmilərdə işlədiyim üçün diplomumda limit olmasını istəmirəm

Offshore da isleyenlere diplomda tonnaj meselesini legv elemelidiler ..offshore gemilerin 90faizi 3000grt altindadi

Verktøy for å spre kampanjen.

Har du ditt eget nettsted, en blogg eller en hel nettportal? Bli talsmann og multiplikator for denne kampanjen. Vi har bannere, widgeter og API (grensesnitt) som du kan legge inn på sidene dine. Til verktøyene

Oversett denne kampanjen nå

Ny språkversjon

Bidra til å styrke innbyggermedvirkning. Vi ønsker å gjøre dine bekymringer hørt samtidig som vi forblir uavhengige.

Markedsfør nå